Naxçıvanın bərpaolunan enerji potensialından istifadəyə dair xarici şirkətlərlə müqavilə imzalanacaq

Naxçıvanın bərpaolunan enerji potensialından istifadəyə dair xarici şirkətlərlə müqavilə imzalanacaq Naxçıvanın günəş və külək enerjisi resurslarından istifadəyə dair bir sıra xarici şirkətlərlə müqavilələr imzalanacaq.
Energetika
30 May , 2023 17:49
Naxçıvanın bərpaolunan enerji potensialından istifadəyə dair xarici şirkətlərlə müqavilə imzalanacaq

Naxçıvanın günəş və külək enerjisi resurslarından istifadəyə dair bir sıra xarici şirkətlərlə müqavilələr imzalanacaq.

"Report" xəbər verir ki, bunu Energetika Nazirliyi yanında Bərpaolunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev bildirib.

Onun sözlərinə görə, Naxçıvanla bağlı xüsusi olaraq yeni biznes modelləri nəzərdən keçirilir: “Naxçıvanın Türkiyə kimi böyük bir bazarın yaxında olması orada elektrik enerjisinin istehsalı və ixracı üçün xüsusi önəm kəsb edir. İstər sənaye miqyaslı, istərsə də digər enerji layihələrində kiçik və orta sahibkarlığın inkişafına xüsusi diqqət yetirilir. Bərpaolunan enerji layihələrindəki tərəfdaşlarımız olan “Masdar”, “Acwa Power” və “BP” şirkətlərinin qarşısında yerli kontentdən istifadə edilməsi tələb kimi qoyulub. Yəni bu texnologiyaları yerli şirkətlər istehsal edəcəksə həmin xarici şirkətlər ondan bəhrələnməlidirlər”.

Son xəbərlər

Orphus sistemi