Naxçıvanda qaz abonentlərinin sayı artıb

Naxçıvanda qaz abonentlərinin sayı artıb Naxçıvan Muxtar Respublikasında mövcud olan qaz abonentlərinin sayı açıqlanıb.
Energetika
23 Aprel , 2019 15:08
Naxçıvanda qaz abonentlərinin sayı artıb

Naxçıvan Muxtar Respublikasında mövcud olan qaz abonentlərinin sayı açıqlanıb.

“Report”un Naxçıvanın Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu ilin aprelin 1-nə muxtar respublikada 86 604 əhali abonenti təbii qazla təmin olunub.

Bu, ötən ilin aprelin 1-nə olan dövrlə müqayisədə 592 abonent və ya 0,69% çoxdur.

Qeyd edək ki, 2018-ci ilin aprelin 1-nə Naxçıvan Muxtar Respublikasında 86 012 əhali abonenti mavi yanacaqla təmin olunub.

Son xəbərlər

Orphus sistemi