Natiq Əliyev: "Sanksiyaların götürülməsi İran-Azərbaycan əlaqələrində çox böyük rol oynayacaq"

Natiq Əliyev: "Sanksiyaların götürülməsi İran-Azərbaycan əlaqələrində çox böyük rol oynayacaq" "İki ölkənin neft, qaz və enerji sahələrində böyük layihələri var"
Energetika
10 Fevral , 2016 20:26
Natiq Əliyev: Sanksiyaların götürülməsi İran-Azərbaycan əlaqələrində çox böyük rol oynayacaq

Bakı. 10 fevral. REPORT.AZ/ "Sanksiyaların götürülməsi İran-Azərbaycan əlaqələrində çox böyük rol oynayacaq".

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın energetika naziri Natiq Əliyev deyib.

Onun sözlərinə görə, nəqliyyat sahəsində böyük işlər aparılır. "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizi yaradılır. Həmçinin, Rusiya, Azərbaycan və İran arasında işçi qrupu yaradılıb. Elektrik enerjisinin Rusiyadan Azərbaycana, bizdən də İrana ixracı nəzərdə tutulur".

Nazir onu da bildirib ki, iki ölkənin neft, qaz və enerji sahələrində böyük layihələri var. "Eyni zamanda, İran qazının Azərbaycandan tranzit olunması məsələsi də gündəlikdədir. Azərbaycanda İran qaz anbarlarının istifadəsi və yenidən tikilməsi və başqa sahələr var ki, bunları inkişaf etdirəcəyik".

Sonda nazir İrana Azərbaycanın ağır günlərində, xüsusilə 90-cı illərin əvvəllərində Naxçıvana qaz və enerji tədarükü etməsinə və bu bölgəyə yardım etməsinə görə təşəkkürünü bildirib.

Son xəbərlər

Orphus sistemi