Yuxarı
    Bağlamaq

    Natiq Əliyev: "Qərar verilərsə, Azərbaycan hasilatı daha da azalda bilər"

    Azərbaycanda bu il daha çox qaz, daha az neft hasilatı nəzərdə tutulur

    Bakı. 25 yanvar. REPORT.AZ/ Azərbaycanda bu il qaz hasilatının artırılması, neft hasilatının isə azaldılması nəzərdə tutulur. 

    “Report” xəbər verir ki, bunu energetikla naziri Natiq Əliyev “Natural Gas World”ə müsahibəsində bildirib.

    Onun sözlərinə görə, Azərbaycanda bu il qaz hasilatıının 0,8% artırılaraq 29,561 mlrd. kubmetrə çatdırılması nəzərdə tutulur.

    Nazir qeyd edib ki, ötən ilki 9,9 mlrd. kubmetrlə müqayisədə bu il “Şahdəniz” qaz-kondensat yatağının I mərhələsi çərçivəsində 10 mlrd. kubmetrdən çox qaz hasilatı planlaşdırılır.

    N.Əliyev həmçinin, neft hasilatının azaldılması ilə bağlı razılıqdan da danışaraq qeyd edib ki, Azərbaycan hasilatın azaldılması öhdəliyinə tam əməl edir və yanvarın 1-dən gündəlik neft hasilatı təxminən 35 min barel azaldılıb. 

    Nazirin sözlərinə görə, buna uyğun olaraq yanvarın 1-20-də ölkədə gündəlik neft hasilatı 789 min barel təşkil edib: “Ötən ilin noyabr ayında isə gündəlik hasilat 830 min barel olub. Yanvarda neftin qiyməti illik müqayisədə 25 dollar artıb və bu bütün hasilatçıların xeyrinədir. Əgər digər hasilatçılar hasilat səviyyəsini biraz daha azaltmaq barədə qərar versələr Azərbaycan da hasilatı daha da azalda bilər”.

    Ötən il Azərbaycanda neft hasilatı 41 mln. ton təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 1,5% azdır. Ölkənin ümumi neft hasilatının 75,6%-i “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlarından çıxarılır və bu il bu yataqlar blokundan hasilatın gündəlik 20 min barel azaldılması gözlənilir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi