Natiq Əliyev: "Qazın Avropaya ixracı üzrə növbəti layihələr Nabucco-dan fərqlənəcək"

Natiq Əliyev: "Qazın Avropaya ixracı üzrə növbəti layihələr Nabucco-dan fərqlənəcək" Azərbaycanın energetika naziri: "Azərbaycan Rusiya ilə rəqabət aparmır"
Energetika
11 Mart , 2015 16:29
Natiq Əliyev: Qazın Avropaya ixracı üzrə növbəti layihələr Nabucco-dan fərqlənəcək

Bakı. 11 mart. REPORT.AZ/ Yunanıstanın DESFA qazpaylayıcı şirkətində əsas pay əldə edən Azərbaycan Avropa Komissiyası tərəfindən sövdələşmənin Aİ qanunvericiliyinə uyğunluğu məsələsinin həllini uzatmasından narahatdır. "Report" xəbər verir ki, bu barədə Azərbaycanın energetika naziri Natiq Əliyev "EurActiv"-ə bildirib. 

Nazirin sözlərinə görə, Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən səhmlərə nəzarət paketinin əldə edilməsi məsələsində maraqların toqquşması halı mövcud deyil, çünki Cənub Qaz Dəhlizi borularına vurulan qazın sahibi Azərbaycan yox, "Şahdəniz" qaz yatağı konsorsiumudur.

Qeyd edək ki, "Şahdəniz" qaz yatağının operatoru Britaniyanın BP şirkətidir (28,8%). Layihədə həmçinin Türkiyənin ТРАО (19%), Azərbaycanın SOCAR (16,7%), Rusiyanın "LUKoil" (10%) və İranın NICO (10%) şirkətləri iştirak edir.

"Bildiyiniz kimi, Azərbaycan "Şahdəniz" layihəsində 16,6% paya sahibdir. Buna görə də biz düşünürük ki, heç kim Azərbaycanı qazın sahibi, daşıyıcısı və paylayıcısı qismində görə bilməz. Mən ümid edirəm ki, Avropa Komissiyası bunu nəzərə alacaq", - N.Əliyev vurğulayıb. 

Azərbaycan Prezidenti İlham Əliyevin bu yaxınlarda Bolqarıstana səfəri zamanı bu ölkənin baş naziri Boyko Borisovun səsləndirdiyi Nabucco layihəsinin gündəmə gəlməsi haqqında məsələni şərh edən nazir qeyd edib ki, Azərbaycan "Cənub axını" və ya "Türk axını" vasitəsilə Avropanın cənub-şərqinə ildə 63 milyard kubmetr qaz ixrac etməyi planlaşdıran Rusiya ilə rəqabət aparmır. 

Nazir həmçinin vurğulayıb ki, əlavə qazı təmin edəcək növbəti layihələr, çox güman ki, Nabucco boru kəməri layihəsindən fərqlənəcək.

Son xəbərlər

Orphus sistemi