Bakı. 10 dekabr. REPORT.AZ/ Azərbaycan Energetika Nazirliyi OPEC və təşkilata üzv olmayan ölkələr arasında neft hasilatının azaldılması üzrə sazişin yekunlaşacağına ümid edir.
"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə OPEC-in Vyanada keçirilən iclasında iştirak edən Azərbaycanın energetika naziri Natiq Əliyev bildirib.
Nazirin sözlərinə görə, görüşdən müsbət nəticələr gözləyir.
"Amma hesab edirəm ki, bu görüşün nəticəsindən asılı olmayaraq, səylərimizi davam etməliyik", - o əlavə edib.