Natiq Əliyev: "Neftin bahalaşması üçün OPEC hasilatı azaltmalıdır"

Natiq Əliyev: "Neftin bahalaşması üçün OPEC hasilatı azaltmalıdır" Nazir bildirib ki, hazırda Azərbaycanda neft hasilatının artırılması səmərəliliyə təsiri etməyəcək
Energetika
27 Noyabr , 2015 12:22
Natiq Əliyev: Neftin bahalaşması üçün OPEC hasilatı azaltmalıdır

Bakı. 27 noyabr. REPORT.AZ/ Azərbaycanda hasilatın azalması dünya neft bazarına təsir etmir. Hesablamalara görə, Azərbaycan dünyada ixrac üzrə 17-ci yerdədir.  "Report"un verdiyi xəbərə görə, bunu jurnalistlər üçün keçirdiyi brifinqdə energetika naziri Natiq Əliyev deyib.

"Bir ara bizə təklif etmişdilər ki, bir neçə dövlət yığışaq və neftin hasilatını azaldaq. Amma mən hesab edirəm ki, buna lüzum yoxdur. Azərbaycanda neft hasilatını artırmaq olar. Amma bunun səmərəliliyə təsiri olmayacaq. Bu gün bizimlə 30 illik müqavilə bağlayan şirkətlər təklif edir ki, müddəti uzadaq. Çünki onlar da anlayır ki, bu, səmərəliliyə təsir edir. Azərbaycanda neft hasilatının azalması dünya bazarına təsir etmir".

Energetika naziri OPEC-in konfransında iştirakla bağlı məsələyə aydınlıq gətirərkən deyib ki, bu konfransa qatılmağa gərək görmür: "OPEC-in konfransında iştirak etməyi lüzum görmürəm. Düşünürəm ki, bu təşkilat həmin konfransda hansısa sensasiyalı qərar qəbul etməyəcək. Bu gün OPEC ölkələrinin hasilatı 30 mln. bareldir. Halbuki tələbat 1,2-2 mln. barel civarındadır. İran isə gündəlik əlavə 1 mln. barel hasilata hazırlaşdığını və bunun hamısının ixraca yönəldəcəyini deyib. Fikrimcə, qiymətlərin qalxması üçün OPEC qərar verməlidir ki, üzv ölkələr hasilat səbətini daraltsın".

Son xəbərlər

Orphus sistemi