Cənub Qaz Dəhlizi ilə bağlı layihələr 2019-cu ildə başa çatacaq

Cənub Qaz Dəhlizi ilə bağlı layihələr 2019-cu ildə başa çatacaq Nazir Natiq Əliyev: "TAP kəmərinin tikintisinə gələn ildən başlanacaq"
Energetika
14 İyul , 2015 17:34
Cənub Qaz Dəhlizi ilə bağlı layihələr 2019-cu ildə başa çatacaq

Bakı. 14 iyul. REPORT.AZ/ "Üzərimizə düşən əsas vəzifələrdən biri Cənub Qaz Dəhlizi kəmərinin genişləndirilməsidir. Bütün layihələri 2019-cu ildə başa çatdırmalıyıq". "Report" xəbər verir ki, bunu Azərbaycanın energetika naziri Natiq Əliyev jurnalistlərə açıqlamasında bildirib.

N.Əliyevin sözlərinə görə, Azərbaycan tərəfi artıq işlərin 50%-ni görüb: "Trans-Anadolu Boru Kəməri (TANAP) layihəsini də nəzarətdə saxlayırıq. Tez-tez İstanbul və Ankarada müşavirələr keçiririk. Tərəfdaşlarımız bizi aparılan işlər barəsində məlumatlandırırlar. Orada da qrafik üzrə gecikmə yoxdur".

Trans-Adriatik Qaz Kəmərinin (TAP) inşaat işləri ilə bağlı danışan N.Əliyev bu kəmərin tikintisinə gələn ildən başlanacağını açıqlayıb: "Düşünürəm ki, burada bizim üçün heç bir problem yaranmayacaq".

Son xəbərlər

Orphus sistemi