Yuxarı
    Bağlamaq

    Natiq Əliyev: "Neftin 60 dollar/barel qiyməti həm istehlakçıları, həm də istehsalçıları qane edir” - EKSKLÜZİV - VİDEO

    Nazir: Neft istehsal edən ölkə kimi biz maraqlıyıq ki, neftin qiyməti stabil qalsın
    © Report.az

    İstanbul. 6 aprel. REPORT.AZ/ Bu ildən başlayaraq qlobal neft bazarında nisbi qiymət sabitliyi müşahidə olunur. Bunu “Report”a açıqlamasında Azərbaycanın energetika naziri Natiq Əliyev deyib: "Bunu 2016-cı illə müqayisə etmək olar: dünya bazarında neftin qiyməti 30 dollara qədər azalmışdır. Hiss edirdik ki, bu, iqtisadiyyata böyük zərər verəcək”.

    Nazir hesab edir ki, həm OPEC, həm də qeyri-OPEC ölkələrində neft hasilatının azaldılması üçün qəbul olunan qərarlar çox düzgün addım olub: “Artıq ilin başlamasından 3 ay keçib və neftin dünya bazarındakı stabilliyini hiss edirik. Bunu davam etdirəcəyik. Bildiyiniz kimi, monitorinq qrupu yaradılıb və həmin qrup bu qərarın necə yerinə yetirildiyini təhlil edir. Neft qiymətlərində çox böyük dəyişmələr heç kimə xeyir gətirmir. Biz istəyirik ki, neftin qiyməti stabil olsun”.

    N.Əliyev həmçinin neftin qiymətinin qalxıb-enmə tendensiyasının öncədən bilinməsinin də əhəmiyyətli olduğunu deyib: “Bu, iqtisadi amillərdən asılıdır. Mayda Vyanada OPEC və qeyri-OPEC ölkələrinin görüşü keçiriləcək. Monitorinq qrupunun hesabatından asılı olaraq orada yeni qərarlar qəbul edilə bilər. Hansısa təkliflər ola bilər, ya hasilatı eyni səviyyədə saxlamaq, ya da hansısa əlavə tədbirlər görmək. Neft istehsal edən ölkə kimi biz maraqlıyıq ki, neftin qiyməti stabil qalsın. Bu gün 60 dollar/barel qiyməti həm istehlakçıları, həm də istehsalçıları qane edir. Ona görə, də çalışacağıq ki, neftin qiyməti belə bir səviyyədə qalsın. Əgər qalarsa, bunun Azərbaycana çox böyük xeyiri olacaq”.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi