Nardaranda artıq 700-dən çox smart tipli qaz sayğacı quraşdırılıb

Nardaranda artıq 700-dən çox smart tipli qaz sayğacı quraşdırılıb Ümumilikdə isə qəsəbədə 1 950 qaz abunəçisi var
Energetika
113
24 Dekabr , 2015 14:58
Nardaranda artıq 700-dən çox smart tipli qaz sayğacı quraşdırılıb

Bakı. 24 dekabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin "Azəriqaz" İstehsalat Birliyi tərəfindən Nardaran qəsəbəsində smart tipli qaz sayğaclarının quraşdırılması prosesi davam edir.

İstehsalat Birliyinin Bakı regional satış Departamentinin balans və satış şöbəsinin rəisi Emin Şahkərimov "Report"a bildirib ki, ötən həftəyə olan məlumata görə, qəsəbədə 700-dən çox smart tipli sayğac quraşdırılıb. 

"Qəsəbə sakinləri ilə müqavilələr bağlanır, texniki baxış keçirilir. Kartlar hazırlanaraq abunəçilərə təqdim olunur. Ümumilikdə, qəsəbədə 1 950 abonent var", - deyə şöbə rəisi qeyd edib.