"Naftoqaz" "Qazprom"un aktivlərinə həbs qoyulduğunu elan edib

"Naftoqaz" "Qazprom"un aktivlərinə həbs qoyulduğunu elan edib Bakı. 17 yanvar. REPORT.AZ/ Naftoqaz Qazpromun Stokholm Arbitraj Məhkəməsinin qərarına əsasən, ödəməli olduğu 2,56 milyard dollardan çox xarici aktivlərinə həbs qoyulmasına nail olub.
Energetika
17 Yanvar , 2019 15:52
Naftoqaz Qazpromun aktivlərinə həbs qoyulduğunu elan edib

Bakı. 17 yanvar. REPORT.AZ/ "Naftoqaz" "Qazprom"un Stokholm Arbitraj Məhkəməsinin qərarına əsasən, ödəməli olduğu 2,56 milyard dollardan çox xarici aktivlərinə həbs qoyulmasına nail olub.

"Report" Ukrayna KİV-inə istinadən xəbər verir ki, bu barədə Ukrayna şirkətinin rəhbəri Andrey Kobolev bildirib.

"Artıq onları almağa başlamışıq: "Qazprom"un tranzit üçün hesabımıza köçürdüyü artıq vəsaitləri silirik. İkincisi, təxminən, altı məhkəmədə hüquqi proseslər başlatmışıq. Onların üçündə - Hollandiya, İsveçrədə və Böyük Britaniyada yaxın zamanlarda dinləmələr keçiriləcək, amma artıq aktivlərə həbs qoyulub", - A.Kobolev deyib.

O həmçinin qeyd edib ki, "Qazprom"un xaricdəki aktivləri on milyardlarla dollar dəyərindədir və "Naftoqaz" artıq "Qazprom"un şirkətə borclu olduğu məbləğdən çox aktivə həbs qoyulmasına nail olub.

Qeyd edək ki, 2017-ci ilin dekabr və 2018-ci ilin fevral aylarında Stokholm Arbitraj Məhkəməsi "Qazprom" və "Naftoqaz" arasındakı qaz tədarükü və tranziti müqavilələri ilə bağlı mübahisələrə dair qərar verərək Rusiya şirkətini Ukrayna şirkətinə 2,56 milyard dollar ödəməyə məcbur edib.

"Qazprom" qərardan etiraz etsə də, Ukrayna bu vəsaitlərin məcburi qaydada yığılmasına cəhd göstərib.

Son xəbərlər

Orphus sistemi