"Naftoqaz"ın Rusiyanın "Qazprom" şirkətinə borcu 37 mlrd. dollara çatıb

"Naftoqaz"ın Rusiyanın "Qazprom" şirkətinə borcu 37 mlrd. dollara çatıb Məhkəmə bu il iyunun 30-da son qərarını verəcək
Energetika
27 Aprel , 2017 19:26
Naftoqazın Rusiyanın Qazprom şirkətinə borcu 37 mlrd. dollara çatıb

Bakı. 27 aprel. REPORT.AZ/ Rusiyanın "Qazprom" şirkəti Ukraynanın "Naftogaz" şirkətindən ala bilmədiyi borcunu faizi cərimələri ilə birlikdə 5,3 mlrd. dollar və ya 16,7% artırılaraq 37 mlrd. ABŞ dollarına çatdırılması tələbi ilə Beynəlxalq Arbitraj Məhkəməsinə müraciət edib.

"Report" "Bloomberg" agentliyinə istinadən bildirir ki, bu məbləğ 2014 may-iyun və 2012-2016 tarixlərində "al və ya ödə" prinsipi çərçivəsində "Naftogaz"ın borclarından yaranıb. Açıqlamada ödəmələrdə yaranan gecikmə səbəbindən tətbiq olunan faiz cərimələrinin də əsas borca əlavə olunduğu bildirilib.

Xatırladaq ki, hər iki şirkət 2014-cü ildə Stokholm şəhərində yerləşən Beynəlxalq Arbitraj Məhkəməsinə müraciət edib. Məhkəmənin son qərarının iyun ayının 30-da verilməsi gözlənilir. 

Son xəbərlər

Orphus sistemi