"Naftoqaz"ın mənfəəti 60% azalıb

"Naftoqaz"ın mənfəəti 60% azalıb Bakı. 9 yanvar. REPORT.AZ/ Naftoqaz Ukrayna Milli Səhmdar Şirkətinin xalis mənfəəti 2018-ci ilin I yarısında 2017-ci ilin analoji dövrü ilə müqayisədə 60,3% azalıb.
Energetika
9 Yanvar , 2019 16:23
Naftoqazın mənfəəti 60% azalıb

Bakı. 9 yanvar. REPORT.AZ/ "Naftoqaz Ukrayna" Milli Səhmdar Şirkətinin xalis mənfəəti 2018-ci ilin I yarısında 2017-ci ilin analoji dövrü ilə müqayisədə 60,3% azalıb.

"Report" xəbər verir ki, bu barədə Ukrayna İqtisadi İnkişaf Nazirliyinin saytı məlumat verib.

Məlumata görə, 2018-ci ilin ilk yarısında şirkətin xalis mənfəəti 2017-ci ilin eyni dövrü ilə müqayisədə 27,7 mlrd. qrivnadan 11 mlrd. qrivnaya qədər azalıb.

Qeyd olunur ki, bu göstəricidə azalmanın əhəmiyyətli hissəsi səhmlərinin 100%-i şirkətə məxsus olan "Ukrtransqaz" ASC-nin ziyanının artması ilə əlaqədardır.

Son xəbərlər

Orphus sistemi