“Naftogaz Ukraine” şirkəti məhkəmədə uduzarsa müflis ola bilər

“Naftogaz Ukraine” şirkəti məhkəmədə uduzarsa müflis ola bilər Şirkətin "Qazprom"la məhkəmə çəkişməsi davam edir
Energetika
22 Mart , 2017 17:33
“Naftogaz Ukraine” şirkəti məhkəmədə uduzarsa müflis ola bilər

Bakı. 22 mart.REPORT.AZ/ “Naftogaz Ukraine” şirkəti Stokholm arbitrajında Rusiyanın “Qazprom” şirkətinə uduzarsa müflis olacaq.

“Report” “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bunu “Naftoqaz” şirkətinin baş kommersiya direktoru Yuri Vitrenko bildirib.

O qeyd edib ki, Ukrayna ölkə olaraq zərər görməyəcək, amma şirkət ziyan çəkəcək: “Şirkət müflisləşdiyini elan etməyə məcbur olacaq. Biz “Qazprom”a uduzmaq istəmirik. Əgər bu barədə qərar qəbul olunarsa, “Naftoqaz” müflis olacaq, aktivləri isə satılacaq”.

Şirkət rəsmisi xatırladıb ki, qaz müqaviləsi ilə bağlı məhkəmənin qərarı aprelin sonuna, tranzit müqaviləsi ilə bağlı qərar isə iyunun sonuna qədər qəbul olunacaq.

Bununla belə, Y.Vitrenko hesab edir ki, Stokholm arbitrajı “Qazprom” şirkət ilə qaz müqaviləsini ləğv etməyəcək və bu müqavilə 2019-cu ilə qədər qüvvədə qalacaq.

Qeyd edək ki, “Qazprom” və “Naftoqaz”la bağlı işə 2014-cü ilin iyun ayından Stokholm arbitrajında baxılır. İddialar 2009-cu ildən Rusiyadan Ukraynaya qaz nəqli, və Ukrayna ərazisindən qaz nəqli müqavilələri ilə bağlıdır.

Son xəbərlər

Orphus sistemi