N.Nərimanov adına NQÇİ-nin istehsalat obyektlərində təmir-bərpa işləri aparılıb

N.Nərimanov adına NQÇİ-nin istehsalat obyektlərində təmir-bərpa işləri aparılıb Mövcud infrastrukturda yenidənqurma işlərinin bundan sonra da aparılması nəzərdə tutulur
Energetika
18 Yanvar , 2016 17:56
N.Nərimanov adına NQÇİ-nin istehsalat obyektlərində təmir-bərpa işləri aparılıb

Bakı. 18 yanvar. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) “Azneft” İstehsalat Birliyinin N.Nərimanov adına Neft və Qazçıxarma İdarəsinin istismar etdiyi yataqlarda 124, 277, 282, 477, 607 və 674 saylı estakadayanı meydançalarda əsaslı təmir işləri başa çatdırılıb.

"Report" SOCAR-ın mətbuat xidmətinə istinadən xəbər verir ki, təmir işləri aparılmasında məqsəd hasilat quyularının səmərəliliyinin artırılması, eləcə də burada yerləşən texnoloji avadanlıqların təhlükəsizliyinin təmin edilməsi olub.

“Neftqaztikinti” Tresti tərəfindən həyata keçirilmiş təmir-bərpa işləri zamanı meydançaların korroziyaya uğramış hissələri dəyişdirilərək yeniləri ilə əvəz olunub, 363 ədəd müxtəlif ölçülü svay vurulub, 39 ədəd metal lövhə hazırlanıb, ümumilikdə 5 720 kv. metrlik sahə əsaslı təmir edilib. Bunlardan başqa, estakadayanı meydançalar məhəccər çəpərlərlə əhatələnib, yeni işıqlandırma sistemləri ilə təchiz olunub.

"Mövcud infrastrukturda yenidənqurma işlərinin bundan sonra da aparılması nəzərdə tutulur", - deyə Şirkətdən bildirilib.

Son xəbərlər

Orphus sistemi