Bakı. 26 yanvar. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) dəniz özülləri, estakada və estakadayanı məntəqələrində işçilərin təhlükəsizliyinin təmin olunması üçün kompleks tədbirlər sürətlə həyata keçirilməkdədir.
“Report” bu barədə SOCAR-ın “Facebook” səhifəsinə istinadən xəbər verir.
Məlumata görə, son illərdə dənizdə 6 000 metrdən çox estakada, 43 000 kv. metrdən çox sahə əsaslı təmir olunub: “Hazırda bu işlər yeni müstəvidə, daha yüksək sürətlə davam etdirilir. Tufan baş verdiyi təqdirdə estakadanın təsirindən neft yığım məntəqəsinin uçmasının qarşısını almaq üçün N.Nərimanov adına NQÇİ-də estakadalar neft yığım məntəqəsindən ayrılır”.