Xəzər regionu qlobal enerji və qida təhlükəsizliyi üçün çox önəmlidir.
"Report"un Dubaya ezam olunmuş müxbiri xəbər verir ki, bunu Böyük Xəzər Assosiasiyasının (Greater Caspian Association) prezidenti Murat Seitnepesov "Xəzər Həftəsi Forumu 2023" (Caspian Week Forum 2023) çərçivəsində keçirilən "Qlobal Ticarət: Dünyanın davamlılığına töhfə" mövzusunda paneldə deyib.
Xəzər regionu ilə əməkdaşlıq əlaqələrindən söz açan M.Seitnepesov bildirib: "Logistika regionun inkişafında əsas rol oynayır. Dubayda baş tutan bu forum logistikada ağıllı sistemlərin tətbiqi, yeni tərəfdaşlar dəvət etmək, bölgədə inkişaf layihələrinin həyata keçirilməsi üçün investisiya cəlbi barədə müzakirələr aparmaq və layihələri təqdim etmək üçün mühüm platformadır".






