Moskva və Tehran İrandan Hindistana qaz nəqli ilə bağlı memorandum imzalayıb

Moskva və Tehran İrandan Hindistana qaz nəqli ilə bağlı memorandum imzalayıb Bakı. 2 noyabr. REPORT.AZ/ İrandan Hindistana qaz nəqlinə dəstək layihəsi ilə bağlı Rusiya və İran arasında memorandum imzalanıb.
Energetika
2 Noyabr , 2017 17:14
Moskva və Tehran İrandan Hindistana qaz nəqli ilə bağlı memorandum imzalayıb

Bakı. 2 noyabr. REPORT.AZ/ İrandan Hindistana qaz nəqlinə dəstək layihəsi ilə bağlı Rusiya və İran arasında memorandum imzalanıb.

“Report” “RİA Novostİ” agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiyanın energetika naziri Aleksandr Novak bildirib.

“Ötən gün imzalanan memorandum, ilk növbədə, İran ərazisində qaz hasilatı və onun Pakistanın xüsusi zonasından Fars körfəzinin dibi ilə Hindistana nəqli layihələrinin həyata keçirilməsində əməkdaşlığa yönəldilib. Bu, nəhəng infrastruktur layihəsidir. Hazırda aktiv şəkildə işlər görülür, ikitərəfli memorandumlar imzalanır”, - deyə nazir əlavə edib.

Qeyd edək ki, ötən gün A.Novak “Qazprom” şirkətinin İranda qaz hasil etməyi və Hindistana boru kəməri çəkməyi planlaşdırdığını bəyan edib.

Son xəbərlər

Orphus sistemi