Moskva və Tehran Azərbaycandan İrana svop qaz tədarükünü nəzərdən keçirir

Moskva və Tehran Azərbaycandan İrana svop qaz tədarükünü nəzərdən keçirir İranın cənubunda maye qaz zavodu inşası da müzakirə mövzusudur
Energetika
9 Avqust , 2016 03:00
Moskva və Tehran Azərbaycandan İrana svop qaz tədarükünü nəzərdən keçirir

Bakı. 9 avqust. REPORT.AZ/ Moskva və Tehran Azərbaycandan İranın şimalına svop qaz tədarükünün təşkili imkanları və ölkənin cənubunda maye qaz zavodunun inşasını nəzərdən keçirir.

"Report" xəbər verir ki, bunu Bakıda jurnalistlərə Rusiyanın energetika naziri Aleksandr Novak deyib.

"Bu gün biz qaz sahəsində, həmçinin İranın cənubunda maye qaz zavodunun inşası mümkünlüyünü, bunanla yanaşı Azərbaycandan İranın şimalına svop qaz tədarükü perspektivli istiqamətini, eləcə də, müvafiq olaraq Cənub-Şərqi Asiya bazarlarına gedəcək ekvivalent həcmdə maye təbii qaz əldə etməyi nəzərdən keçirdik. Bildiyiniz kimi, perspektivdə orada daha yüksək qaz tələbatı tempi var", - deyə Novak bildirib.

Son xəbərlər

Orphus sistemi