Mixail Tretyakov: "SOCAR Ukraine" pərakəndə aksiz vergisinin ləğv edilməsinin təşəbbüskarlarından biridir"

Mixail Tretyakov: "SOCAR Ukraine" pərakəndə aksiz vergisinin ləğv edilməsinin təşəbbüskarlarından biridir" "Vergidən yayınanlar yanacağın qiymətini bazar qiymətindən aşağı qoymaqla sağlam rəqabəti heçə endirdilər"
Energetika
23 Yanvar , 2017 15:29
Mixail Tretyakov: SOCAR Ukraine pərakəndə aksiz vergisinin ləğv edilməsinin təşəbbüskarlarından biridir

Kiyev. 23 yanvar. REPORT.AZ/ Keçən il dekabrın sonlarında Ukrayna Ali Radası ikinci oxunuşda ölkənin Vergi Məcəlləsinə özündə neft məhsullarının pərakəndə satışından aksiz vergisinin ləğv edilməsi və aksizlərin baza dərəcəsinin artırılmasını ehtiva edən dəyişikliklərin olunması haqqında qanun layihəsi qəbul edib.

"SOCAR Ukraine" və Ukrayna neft məhsulları bazarının digər məsul üzvləri üçün pərakəndə satışdan aksiz vergisinin ləğv edilməsi son bir neçə ildə hökumətlə aparılan dialoqda ən mühüm mövzularından biri idi", - "SOCAR Ukraine" şirkətinin Hüquqi Təminat İdarəsinin rəisi Mixail Tretyakov ölkə qanunvericiliyində baş vermiş bu dəyişiklikləri şərh edərkən "Report"a açıqlamasında deyib.

Onun sözlərinə görə, 2015-ci ildə verginin tətbiq edilməsindən dərhal sonra aksizli malların pərakəndə satışı bazarının operatorları korrupsiya riskləri barədə narahatlıqlarını bildiriblər, eləcə də "qara bazar"ın inkişaf edəcəyini proqnozlaşdırıblar: "Qeyri-qanuni yanacaqdoldurma və qaz stansiyalarının "çiçəklənməsi" neft treyderlərinin narahatlığının əsaslı olduğunu göstərdi. Pərakəndə aksizdən yox, həm də ƏDV, mənfəət vergisindən yayınanlar yanacağın qiymətini bazar qiymətindən aşağı qoymaqla sağlam rəqabəti heçə endirdilər. Eyni zamanda, bəzi hesablamalara görə, dövlət büdcəsi il ərzində 6 milyard qrivendən məhrum olub".

M.Tretyakov bildirib ki, "SOCAR Ukraine" şirkəti "Ukrayna neft məhsulları bazarının operatorları birliyi" Assosiasiyası ilə birlikdə bu verginin ləğv edilməsinin təşəbbüskarı olub: "Şirkətlər birlikdə Ukrayna Ali Radasının Vergi Məcəlləsinə dəyişikliklər haqqında 5132 nömrəli qanun layihəsini qəbul etməsinə nail oldu. Eyni zamanda, Ali Rada büdcədə itkilərin qarşısını almaq üçün proporsional olaraq yanacaq idxalında və istehsalında aksiz vergisinin baza dərəcəsinin artırılmasına qərar verib".

O, SOCAR üçün bərabər bazar şərtlərinin indi ilkin qələbə olduğunu deyib: "Məhsullarımızın, xidmətlərimızin və biznesin aparılmasına yanaşmamızın yüksək keyfiyyətli olmasından əminik. Qiymət natarazlığı aradan qaldırılan kimi, ədalətli rəqabət olan kimi şirkətimiz və bazarın digər iştirakçıları - dövlət və istehlakçılar da daxil olmaqla - müsbət nəticələri dərhal görəcəklər".

Son xəbərlər

Orphus sistemi