Misir ilin sonuna qədər LNG idxalından imtina etmək niyyətindədir

Misir ilin sonuna qədər LNG idxalından imtina etmək niyyətindədir Bakı. 25 iyun. REPORT.AZ/ Misir ilin sonuna qədər LNG (maye qaz) idxalından imtina etmək niyyətindədir.
Energetika
25 İyun , 2018 16:58
Misir ilin sonuna qədər LNG idxalından imtina etmək niyyətindədir
0 : 00
0 : 00

Bakı. 25 iyun. REPORT.AZ/ Misir ilin sonuna qədər LNG  (maye qaz) idxalından imtina etmək niyyətindədir.

"Report"un "Masrawy" qəzetinə istinadən verdiyi xəbərə görə, bunu Misirin neft və mineral təbii ehtiyatlar naziri Tarik əl-Mulla deyib.

Onun sözlərinə görə, Misir özü qazı ixrac etmək niyyətindədir. Nazir bildirib ki, ölkə qaz və neft yataqlarının işlənməsinə 10 mlrd. dollar xarici sərmayələri cəlb etməyi planlaşdırır.

Misirin ən zəngin qaz yatağı Əz-Zöhr yatağı sayılır. Burada ölkə mütəxəssisləri gündə 7,2 milyard kubmetr qaz hasil etməyi proqnozlaşdırır.

Son xəbərlər

Orphus sistemi