Mingəçevirdə qaz kəmərinin əvəzlənməsi işlərinə başlanılıb

Mingəçevirdə qaz kəmərinin əvəzlənməsi işlərinə başlanılıb Bakı. 28 yanvar. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Azəriqaz İstehsalat Birliyi tərəfindən Mingəçevirdə qaz kəmərinin əvəzlənməsi işlərinə başlanılıb.
Energetika
28 Yanvar , 2019 15:39
Mingəçevirdə qaz kəmərinin əvəzlənməsi işlərinə başlanılıb

Bakı. 28 yanvar. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyi tərəfindən Mingəçevirdə qaz kəmərinin əvəzlənməsi işlərinə başlanılıb.

“Report”un “Azəriqaz”a istinadən verdiyi məlumata görə, regionların qaz təchizatının yaxşılaşdırılması ilə əlaqədar aparılan əsaslı təmir-tikinti işləri çərçivəsində Mingəçevir şəhəri Kür çayının sahilində yerləşən kollektordan şəhər istiqamətində diametri 273 mm-lik orta təzyiqli yeraltı qaz kəmərinin korroziyaya uğramış 577 metr hissəsinin,diametri 315 mm-lik polietilen qaz kəməri ilə əvəzlənməsi işlərinə başlanılıb.

Bildirilib ki, yenidənqurma işlərinin qısa zamanda başa çatdırılması üçün müvafiq tədbirlər görülür.

"İşlər başa çatdırıldıqdan sonra təbii qaz istehlakçılarının tələb olunan təzyiqdə, keyfiyyətli və fasiləsiz təbii qazla təminatı üçün əlavə imkan yaradılacaq. İstehlakçıların dayanıqlı təbii qazla təmin olunması üçün vacib məsələləri müəyyənləşdirən “Azəriqaz” istər Bakı şəhəri, istərsə də regionlarda qaz boru xətlərinin, avadanlıqların, ölçü və idarəetmə sistemlərinin işinin etibarlı təmin olunması üçün, planlı surətdə profilaktik təmir və qulluq işlərini, həmçinin qaz şəbəkəsinin yenidənqurulması, qaz təchizatının bərpası ilə yanaşı, yeni qaz kəmərlərinin çəkilməsi və yaşayış sahələrinin qazlaşdırılması işlərini davam etdirir", - məlumatda qeyd edilib.

Son xəbərlər

Orphus sistemi