Mikayıl Cabbarov: “Xoşbəxt Yusifzadənin vəfatı ölkə ictimaiyyəti üçün itkidir”

Mikayıl Cabbarov: “Xoşbəxt Yusifzadənin vəfatı ölkə ictimaiyyəti üçün itkidir” Azərbaycan Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti Xoşbəxt Yusifzadənin vəfatı ölkə ictimaiyyəti üçün itkidir.
Energetika
4 Oktyabr , 2023 16:22
Mikayıl Cabbarov: “Xoşbəxt Yusifzadənin vəfatı ölkə ictimaiyyəti üçün itkidir”
Mikayıl Cabbarov

Azərbaycan Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti Xoşbəxt Yusifzadənin vəfatı ölkə ictimaiyyəti üçün itkidir.

"Report" xəbər verir ki, bu barədə iqtisadiyyat naziri, SOCAR-ın Müşahidə Şurasının sədri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında yazıb.

Onun sözlərinə görə, Azərbaycan ictimaiyyətinə ağır itki üz verib: “Görkəmli neftçi-alim və geoloq, SOCAR-ın birinci vitse-prezidenti, respublika dövlət mükafatları və Heydər Əliyev Mükafatı laureatı, geologiya-mineralogiya elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü Xoşbəxt Bağı oğlu Yusifzadə 2023-cü il oktyabrın 3-də ömrünün 94-cü ilində vəfat edib”.

Nazir əlavə edib ki, neftçi-alim və geoloq, SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadənin vəfatı hər birimizi dərindən kədərləndirib: “Ölkəmizin neft-qaz sənayesinin, geologiya elminin və bu sahədə insan kapitalının inkişafında mühüm xidmətləri olan, dünya şöhrətli alim, böyük azərbaycanlı, xalqımızın və dövlətimizin rifahı naminə çalışmış görkəmli şəxsiyyət Xoşbəxt müəllimə Allahdan rəhmət, doğmalarına və onu sevənlərə səbir diləyirik. Xoşbəxt Yusifzadənin əziz xatirəsi yaddaşımızda daim yaşayacaq”.

Son xəbərlər

Orphus sistemi