Mikayıl Cabbarov: "Dövlət şirkətlərinin sərmayəçi kimi enerji balansımızda iştirakını təşviq edirik"

Mikayıl Cabbarov: "Dövlət şirkətlərinin sərmayəçi kimi enerji balansımızda iştirakını təşviq edirik" Azərbaycan "Yaşıl Enerji" sahəsində institusional addım atan ilk ölkələrdən biri olub.
Energetika
26 İyul , 2022 00:31
Mikayıl Cabbarov: Dövlət şirkətlərinin sərmayəçi kimi enerji balansımızda iştirakını təşviq edirik

Azərbaycan "Yaşıl Enerji" sahəsində institusional addım atan ilk ölkələrdən biri olub.

"Report" xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Onun sözlərinə görə, Prezident İlham Əliyev tərəfindən bu sahədə təsis edilən xüsusi ixtisaslaşmış dövlət agentliyi yaradılarkən bölgədə alternativ enerjinin real həyata keçirilməsi barədə düşünən ölkələrin sayı çox deyildi.

"Məhz bu bizə imkan verir ki, bu gün alternativ enerji trenddən konkret layihələrə çevriləndə dövlət kimi institusional nöqteyi-nəzərdən prinsip etibarı ilə buna hazır olaq.

Əvvəllər bu sahəyə dövlət tərəfindən vəsaitlər qoyulub, bu yanaşmalar, çərçivə yaradılıb, bunun ənənəvi enerji ilə inteqrasiyası yolları araşdırılıb. Ona görə də, bu gün bizə xaricdən sərmayəçi gələndə - "Masdar", "Aqua Power", BP və ya Azərbaycanda fəaliyyət göstərən başqa enerji şirkətləri gələndə, biz onlarla nəzəri danışmırıq, əsaslandırılmış praktikamızla danışırıq. Bu sahədə tətbiqi müstəvi var və bu səbəbdən layihələrin sayını sürətlə getməsini görürük", - nazir qeyd edib.

M. Cabbarov hesab edir ki, bu sahədə Energetika Nazirliyinin rolu böyükdür, çox böyük, müsbət işlər həyata keçirilir:

"Bu il verdiyimiz vacib qərarlardan biri də bu sahədə yalnız xarici investorlarla məhdudlaşmayaq, dövlət şirkətlərimiz ilk növbədə SOCAR, növbəti mərhələdə müvafiq qərarlar qəbul olunduğu halda "Azərenerji"də ola bilər, yəni biz artıq öz milli daxili ekspertizamızı, sərmayəçi kimi enerji balansımızda dövlət şirkətlərinin iştirakını, sabah özəl şirkətlərdə ola bilər, dəstəkləyirik və təşviq edirik".

Son xəbərlər

Orphus sistemi