OPEC+ ölkələri iyul ayında hasilatın azaldılması ilə bağlı öhdəliyi 159% yerinə yetirib.
“Report” TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə mənbə bildirib.
O qeyd edib ki, OPEC-ə üzv ölkələr öhdəliyi 156%, qeyri-üzv ölkələr isə 166% yerinə yetirib.
Beləliklə, iyul ayında OPEC+ ölkələri gündəlik hasilatı 2018-ci ilin oktyabr ayı ilə müqayisədə 1,2 mln. barel azalmaq əvəzinə 1,9 mln. barel azaldıb.