Bakı. 29 mart. REORT.AZ/ Meksikanın Verakrus ştatında “Pemex” şirkətinə məxsus neft kəmərində güclü partlayış baş verib.
“Report” xarici KİV-ə istinadən xəbər verir ki, hadisə nəticəsində bir nəfər xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, boru kəmərinin partlayış baş verən hissəsinin yaxınlığında 2003-cü ildə də partlayış olub. Həmin hadisə zamanı 8 nəfər həlak olub, 70 nəfər isə yaralanıb.