Meksikada Azərbaycan nefti haqda kitabın təqdimatı keçirilib

Meksikada Azərbaycan nefti haqda kitabın təqdimatı keçirilib Tədbirdə səfir İlqar Muxtarov da iştirak edib
Energetika
27 Noyabr , 2015 10:35
Meksikada Azərbaycan nefti haqda kitabın təqdimatı keçirilib

Bakı. 27 noyabr. REPORT.AZ/ Meksikanın “ANAHUAC” Universiteti Qlobal Araşdırmalar fakültəsi BP-Anahuac Strateji Tədqiqatlar kafedrasının müdiri İzabel Baqnasko Sançes tərəfindən “Neft modelləri və onun iqtisadiyyata təsiri” adlı kitab nəşr olunub.

Azərbaycanın Meksikadakı səfirliyindən "Report"a verilən məlumata görə, kitabda dünya neft sənayesinə ümumi baxış, neftin ixracatı, neft sənayesinə qoyulmuş investisiyalar, dünyadakı neft modelləri və həmin modellərin makroiqtisadi təsirindən bəhs edilir. Neft modellərinə misal olaraq Azərbaycanla yanaşı, Meksika və Anqoladan geniş şəkildə bəhs edilib.

Meksika dövlət neft şirkəti PEMEX-in binasında keçirilən və Azərbaycanın Meksikadakı səfiri İlqar Muxtarovun da iştirak etdiyi təqdimat mərasimində kitabın müəllifi tərəfindən Azərbaycan neft-qaz sənayesinin 3-4-cü əsrlərdən başlayaraq müasir dövrümüzədək olan tarixi inkişaf mərhələləri barədə konfrans iştirakçılarına ətraflı məlumat verib, bu kontekstdə ölkə iqtisadiyyatının son makroiqtisadi və neft istehsalı barədə göstəricilər nümayiş etdiriib .

Həmçinin enerji sektorunda Azərbaycanın beynəlxalq əməkdaşlq təcrübəsindən bəhs edilərək, ümummilli lider Heydər Əliyevin Azərbaycanda neft-qaz sənayesinin inkişafında tarixi xidmətləri və bu kontekstdə "Əsrin müqaviləsi", o cümlədən Dövlət Neft Şirkəti və Dövlət Neft Fondunun fəaliyyəti, Azərbaycanın enerji siyasəti barədə konfrans iştirakçılarına ətraflı məlumat verilib.

Daha sonra Prezident İlham Əliyevin 2003-cü ildə hakimiyyətə gəldiyi və dövlət başçısı kimi apardığı uğurlu siyasət nəticəsində son illər Azərbaycanın böyük müvəffəqiyyətlər qazanaraq beynəlxalq aləmdə yüksək nüfuz sahibi olduğu vurğulanıb. 

Qeyd edək ki, kitab neft-qaz sənayesi sahəsində araşdırma aparan alimlər, ali məktəblərin müəllimləri və tələbələri üçün nəzərdə tutulub.

Son xəbərlər

Orphus sistemi