Bakı. 29 may. REPORT.AZ/ "Azərbaycan Asiya ilə Avropa arasında karbohidrogenlərin nəqlində strateji əhəmiyyətli oyunçudur".
"Report" xəbər verir ki, bunu Meksika Milli Neft İnstitutunun rəhbəri Ernesto Rios Patron jurnalistlərə deyib.
O qeyd edib ki, Azərbaycan və Meksika neft hasilatçılarıdır və bu amil ölkələri bir-birinə yaxınlaşdırır. E.R.Patronun sözlərinə görə, bu, ölkənin və cəmiyyətin inkişafı baxımından çox vacibdir: "Ölkələr neft-qaz sənayesi sahəsində əməkdaşlıq üçün böyük potensiala malikdirlər. Həm biz sizə faydalı ola bilərik, həm də biz sizdən neft-qaz sahəsində çox şey öyrənə bilərik. Oxşar çağırışlarımız və ümumi baxış bucağımız var".
E.R.Patron həmçinin Cənub Qaz Dəhlizinin açılmasının əhəmiyyətini vurğulayaraq bir çox ölkələrin bu layihədə maraqlı olduğunu qeyd edib: "Öz tərəfimizdən, bir çox sahələrdə əməkdaşlıqla bağlı SOCAR ilə danışıqlara başlamışıq. Bura hətta mümkün investisiyalar da daxildir".