Medvedyev: "Rusiya "Türk axını" layihəsi ilə bağlı nikbindir"

Medvedyev: "Rusiya "Türk axını" layihəsi ilə bağlı nikbindir" "Türkiyədə yeni hökümət formalaşandan sonra "Türk axını"na dair razılaşma sənədi imzalana bilər"
Energetika
24 İyul , 2015 02:52
Medvedyev: Rusiya Türk axını layihəsi ilə bağlı nikbindir

Bakı. 24 iyul. REPORT.AZ/ Rusiya "Türk axını" layihəsinin reallaşacağına ümid edir və bu məsələdə nikbindir. "Report"un RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Rusiyanın baş naziri Dmitriy Medvedyev deyib.

Onun sözlərinə görə, Türkiyədə yeni hökümət formalaşandan sonra "Türk axını"na dair razılaşma sənədi imzalana bilər.

"Sənədlərin bir qismi artıq təsdiq edilib. Ancaq hökümətlərarası müqavilə hələlik mövcud deyil. Yeni hökümət formalaşandan sonra bu sənədin də imzalanacağına inanırıq", -  deyən Medvedyev, "nazirlər kabinetinin formalaşdırılması prosesinin bəzən asan olmadığını" vurğulayıb.

Qeyd edək ki, ötürmə qabiliyyəti 63 mlrd. kubmetr olan "Türk axını"nın 47 mlrd. kubmetrinin Yunanıstandan keçməklə Avropaya çatdırılması planlaşdırılır.

Son xəbərlər

Orphus sistemi