İEA: ​Neftin qiyməti 2017-ci ildən sonra artmağa başlaya bilər

İEA: ​Neftin qiyməti 2017-ci ildən sonra artmağa başlaya bilər Hesabat: 2019-2020-ci illərdə neftə olan gündəlik tələbat 100 mln. barel olacaq
Energetika
22 Fevral , 2016 19:21
İEA: ​Neftin qiyməti 2017-ci ildən sonra artmağa başlaya bilər

Bakı. 22 fevral. REPORT.AZ/ Dünya neft bazarında qiymətlər tələb və təklifin 2017-ci ildə tarazlaşmasından sonra korrektirovka olunacaq. "Report"un verdiyi xəbərə görə, bu barədə Beynəlxalq Enerji Agentliyinin (İEA) hesabatında bildirilir. 

Agentliyin ekspertlərinin fikrincə, neftə olan tələbat psixoloji hədd sayılan 100 mln. barel/gün səviyyəsini 2019-2020-ci illərdə keçə biləcək.

Bazarda neft təklifinin tələbi üstələməsi 2014-cü və 2015-ci illərdə müvafiq olaraq 0,9 mln. və 2 mln. barel/gün təşkil edib. Bu il isə təklifin 1,1 mln. barel/gündən artıq olacağı ehtimal olunur və tarazlığın yalnız 2017-ci ildə bərpa olunacağı gözlənilir.

İEA-nın hesabatında vurğulanır ki, bazarın bugünkü vəziyyəti nəzərə alınmaqla, hər hansı geosiyasi gərginlik yaşanmasa, yaxın gələcəkdə neftin qiymətinin kəskin artımı gözlənilmir. Qeyd edək ki, 2015-ci ildə dünyada gündəlik neft tələbatı 94,4 mln. barel təşkil edib.

Son xəbərlər

Orphus sistemi