Bakı. 21 aprel.
MEI-ya görə, ABŞ şist neft hasilatını artırmağa davam edəcək. Bununla yanaşı investisiyaların azalması ABŞ-da bu günədək istismara verilən quyularda hasilatın aşağı düşməsinə səbəb olacaq. Bu da öz növbəsində neft bazarında təklifi azaldacaq.
Hesabata əsasən, neft qiymətlərinin daha da artmasına mane olan amil qlobal ÜDM-in artım sürətinin yavaşlaması olacaq. Belə ki, proqnozlara görə, qlobal ÜDM artımının 2,5-2,7%-ə qədər azalması gözlənilir.
MEI həmçinin hesabatında qeyd edib ki, ABŞ-da yeni istismara verilən quyularda modern texnologiyalardan istifadə edilməsi hasilatın maya dəyərini daha 15-20% azaldacaq. Nəticədə, ABŞ və OPEC neft hasilatını artırmağa davam edəcək. Proqnozlar onu göstərir ki, 2030-cu ilə qədər neft sektoru tələbi təmin etmək üçün hasilatı gündəlik 35 mln. barel artırmalıdır. Bu da yaxın 5 ildə sektora 1,6 trln. dollar vəsaitin qoyulmasını zəruri edir.