Mayda Naxçıvana verilən elektrik enerjisinin miqdarı və satışından toplanan vəsaitin həcmi açıqlanıb

Mayda Naxçıvana verilən elektrik enerjisinin miqdarı və satışından toplanan vəsaitin həcmi açıqlanıb Bu ilin may ayında Naxçıvan Muxtar Respublikasının Dövlət Energetika Xidməti üzrə verilən elektrik enerjisinin miqdarı, elektrik enerjisi satışından toplanan vəsait və ödənilmə faizi barədə məlumat açıqlanıb.
Energetika
13 İyun , 2019 15:18
Mayda Naxçıvana verilən elektrik enerjisinin miqdarı və satışından toplanan vəsaitin həcmi açıqlanıb

Bu ilin may ayında Naxçıvan Muxtar Respublikasının Dövlət Energetika Xidməti üzrə verilən elektrik enerjisinin miqdarı, elektrik enerjisi satışından toplanan vəsait və ödənilmə faizi barədə məlumat açıqlanıb.

“Report”un məlumatına görə, mayda Muxtar Respublikaya verilən elektrik enerjisinin ümumi həcmi 37 252 min kvt/saat təşkil edib. Ötən ay üzrə verilən elektrik enerjisinin ümumi dəyəri 3 193,5 min manat olub. Belə ki, daxil olan vəsaitin həcmi isə 3 198,4 min manat təşkil edib. Muxtar Respublikada elektrik enerjisinin istifadəsinə görə ödənilmə faizi 100,2 olub.

Belə ki, Naxçıvan şəhərində verilən elektrik enerjisinin ümumi həcmi 2 715 min kvt/saat, verilən elektrik enerjisinin ümumi dəyəri 201,0 min manat, daxil olan vəsaitin həcmi 201,0 min manat olub.

Şahbuz rayonunda verilən elektrik enerjisinin ümumi həcmi 296 min kvt/saat, verilən elektrik enerjisinin ümumi dəyəri 21,0 min manat, daxil olan vəsaitin həcmi isə 21,0 min manat təşkil edib.

Culfa rayonunda verilən elektrik enerjisinin ümumi həcmi 751 min kvt/saat, verilən elektrik enerjisinin ümumi dəyəri 53,3 min manat, daxil olan vəsaitin həcmi isə 53,3 min manat olub.

Ordubad rayonunda verilən elektrik enerjisinin ümumi həcmi 965 min kvt/saat, verilən elektrik enerjisinin ümumi dəyəri 68,6 min manat, daxil olan vəsaitin həcmi isə 68,6 min manat olub.

Şərur rayonunda verilən elektrik enerjisinin ümumi həcmi 1 945 min kvt/saat, verilən elektrik enerjisinin ümumi dəyəri 138,1 min manat, daxil olan vəsaitin həcmi 138,1 min manat təşkil edib.

Ötən ay Sədərək rayonunda verilən elektrik enerjisinin ümumi həcmi 177 min kvt/saat olub. Bu rayonda verilən elektrik enerjisinin ümumi dəyəri 12,6 min manat, daxil olan vəsaitin həcmi 12,6 min manat olub.

Kəngərli rayonunda verilən elektrik enerjisinin ümumi həcmi 500 min kvt/saat olub. Ötən ay bu rayonda verilən elektrik enerjisinin ümumi dəyəri 35,5 min manat, daxil olan vəsaitin həcmi 35,5 min manat olub.

Mayda Babək rayonunda verilən elektrik enerjisinin ümumi həcmi 1 470 min kvt/saat təşkil edib. Babəkdə verilən elektrik enerjisinin ümumi dəyəri 104,4 min manat, daxil olan vəsaitin həcmi 104,4 min manat olub. Ötən ay bütün rayonlarda elektrik enerjisinin istifadəsinə görə yığımı 100% olub.

Bu ilin 5-ci ayında Muxtar Respublikanın müəssisə və təşkilatlarına verilən elektrik enerjisinin ümumi həcmi 28 433 min kvt/saat təşkil edib. Büdcə təşkilatlarına verilən elektrik enerjisinin ümumi dəyəri 2 559,0 min manat, daxil olan vəsaitin həcmi 2 563,9 min manat olub. Müəssisə və təşkilatlarının elektrik enerjisinin istifadəsinə görə yığımı 100,2% olub.

Son xəbərlər

Orphus sistemi