Mayda Naxçıvana verilən təbii qazın miqdarı və satışından toplanan vəsaitin həcmi açıqlanıb

Mayda Naxçıvana verilən təbii qazın miqdarı və satışından toplanan vəsaitin həcmi açıqlanıb
Energetika
13 İyun , 2019 12:38
Mayda Naxçıvana verilən təbii qazın miqdarı və satışından toplanan vəsaitin həcmi açıqlanıb

Bu ilin may ayı ərzində Naxçıvan Muxtar Respublikası üzrə verilən təbii qazın miqdarı, təbii qaz satışından toplanan vəsait və ödənilmə faizi barədə məlumatlar açıqlanıb.

“Report”un məlumatına görə, mayda Muxtar Respublikasına verilən təbii qazın ümumi həcmi 8 235 360 kubmetr təşkil edib. Ötən ay üzrə verilən təbii qazın ümumi dəyəri 995 330 manat olub. Belə ki, daxil olan vəsaitin həcmi isə 1 107 336 manat təşkil edib. Muxtar Respublikada təbii qazın istifadəsinə görə ödənilmə faizi 111,3 olub.

Belə ki, Naxçıvan şəhərində verilən təbii qazın ümumi həcmi 1 661 040 kubmetr, verilən təbii qazın ümumi dəyəri 166 104 manat, daxil olan vəsaitin həcmi 166 260 manat, təbii qazın istifadəsinə görə yığımı isə 100,1% icra edilib.

Şahbuz rayonunda verilən təbii qazın ümumi həcmi 425 464 kubmetr, verilən təbii qazın ümumi dəyəri 42 546 manat, daxil olan vəsaitin həcmi isə 42 547 manat təşkil edib. Bu rayonda təbii qazın istifadəsinə görə yığımı isə 100% icra edilib.

Culfa rayonunda verilən təbii qazın ümumi həcmi 631 575 kubmetr, verilən təbii qazın ümumi dəyəri 63 158 manat, daxil olan vəsaitin həcmi isə 63 168 manat olub. Culfada təbii qazın istifadəsinə görə yığımı isə 100% icra edilib.

Ordubad rayonunda verilən təbii qazın ümumi həcmi 672 033 kubmetr, verilən təbii qazın ümumi dəyəri 67 203 manat, daxil olan vəsaitin həcmi isə 67 243 manat olub. Ordubadda təbii qazın istifadəsinə görə yığımı isə 100,1% icra edilib.

Şərur rayonunda verilən təbii qazın ümumi həcmi 1 098 999 kubmetr, verilən təbii qazın ümumi dəyəri 109 990 manat, daxil olan vəsaitin həcmi 109 948 manat təşkil edib. Şərurda təbii qazın istifadəsinə görə yığımı isə 100% icra edilib.

Ötən ay Sədərək rayonunda verilən təbii qazın ümumi həcmi 133 246 kubmetr olub. Bu rayonda verilən təbii qazın ümumi dəyəri 13 325 manat, daxil olan vəsaitin həcmi 13 326 manat olub. Bu rayonda təbii qazın istifadəsinə görə yığımı 100% olub.

Kəngərli rayonunda verilən təbii qazın ümumi həcmi 488 286 kubmetr olub. Ötən ay bu rayonda verilən təbii qazın ümumi dəyəri 48 829manat, daxil olan vəsaitin həcmi 48 846manat olub. Bu rayonda təbii qazın istifadəsinə görə yığımı 100% olub.

Mayda Babək rayonu verilən təbii qazın ümumi həcmi 1 402 381 kubmetr təşkil edib. Babəkdə verilən təbii qazın ümumi dəyəri 140238 manat, daxil olan vəsaitin həcmi 140 356manat olub. Bu rayonda da təbii qazın istifadəsinə görə yığımı 100,1% olub.

Bu ilin may ayında muxtar respublikanın müəssisə və təşkilatlarınaverilən təbii qazın ümumi həcmi 1 722 336 kubmetr təşkil edib. Büdcə təşkilatlarına verilən təbii qazın ümumi dəyəri 344 027 manat, daxil olan vəsaitin həcmi 455 642 manat olub. Müəssisə və təşkilatlarının təbii qazın istifadəsinə görə yığımı 132,4% olub.