​Mayda elektrik enerjisinin satışından əldə edilən gəlirlər 38% azalıb

​Mayda elektrik enerjisinin satışından əldə edilən gəlirlər 38% azalıb Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 59,7% artıqdır
Energetika
17 İyun , 2015 18:36
​Mayda elektrik enerjisinin satışından əldə edilən gəlirlər 38% azalıb

Bakı. 17 iyun. REPORT.AZ/ Cari ilin mart ayı ərzində sayğac göstəricilərinə əsasən, Azərbaycandan 148 540,95 min kVt/saat elektrik enerjisi ixrac olunub. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 59,7% artıqdır.

"Report"un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu müddətdə gömrük bəyannamələri əsasında isə ixrac edilən elektrik enerjisinin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 148 270,62 min kVt/saat, yaxud 51,29% azalaraq 140 803,81 min kVt/saata bərabər olub.

Məlumata əsasən, may ayında həyata keçirilən elektrik enerjisi satışı 8 322,44 min ABŞ dolları dəyərində olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 5 091,01 min dollar, yaxud 37,96% azdır.

Son xəbərlər

Orphus sistemi