Azərbaycan mayda Türkiyəyə qaz ixracını 14%-dən çox artırıb

Azərbaycan mayda Türkiyəyə qaz ixracını 14%-dən çox artırıb Azərbaycanm mayda Türkiyəyə qaz ixracını 14%-dən çox artırıb
Energetika
30 İyul , 2020 14:46
Azərbaycan mayda Türkiyəyə qaz ixracını 14%-dən çox artırıb

Bu ilin may ayında Azərbaycan Türkiyəyə 881,6 milyon kubmetr təbii qaz ixrac edib.

“Report” xəbər verir ki, bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun (Enerji Piyasası Düzenleme Kurumu – EPDK) hesabatında bildirilir. 

Məlumata görə, bu, ötən ilin may ayı ilə müqayisədə 14,5% çoxdur. Mayda Türkiyəyə nəql edilən təbii qazın ümumi həcmində Azərbaycanın payı 33,05% olub.

2020-ci ilin yanvar-may ayları ərzində isə Azərbaycandan Türkiyəyə 4 527,4 milyon kubmetr təbii qaz ixrac edilib. Bu, 2019-cu ilin yanvar-may ayları ilə müqayisədə 20,4% çoxdur. Bununla da Azərbaycan Türkiyəyə təbii qaz ixrac edən birinci ölkə olub.

Qeyd edək ki, Türkiyəyə Azərbaycanın “Şahdəniz” yatağından hasil edilən təbii qaz nəql edilir. Təbii qaz həcmləri Cənubi Qafqaz Boru Kəməri (Bakı-Tbilisi-Ərzurum) və Trans-Anadolu Qaz Kəməri (TANAP) vasitəsilə Türkiyə bazarına çatdırılır. Bakı-Tbilisi-Ərzurum kəməri ilə ilk qaz Türkiyə bazarına 2007-ci ildə daxil olub. TANAP vasitəsilə Türkiyəyə kommersiya qazının nəqlinə isə 2018-ci il iyunun 30-da başlanılıb.

Son xəbərlər

Orphus sistemi