Yuxarı

Ceyhan limanından neft ixracı artıb

Ötən ay Ceyhan limanından 2,5 milyon ton neft dünya bazarlarına çıxarılıb

Bakı. 5 iyun. REPORT.AZ/ Cari ilin may ayı ərzində 2 milyon 473 min 865 ton Azərbaycan nefti Ceyhan limanından dünya bazarlarına çıxarılıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 12,05% çoxdur.

"Report"un SOCAR-a istinadən verdiyi xəbərə görə, bu həcmin 1 milyon 432 min 206 tonunu Azərbaycan Respublikası Dövlət Neft Fondunun nefti təşkil edib.

Məlumata əsasən, cari ilin yanvar-may aylarında Ceyhan limanından ixrac olunmuş neftin həcmi 11 milyon 713 min 260 ton təşkil edib. Qeyd edək ki, bu göstərici ötən ilin müvafiq dövründə 11 milyon 703 min 142 ton olub. Bu da öz növbəsində ixrac həcmində 0,09% artım deməkdir.

Ümumiyyətlə, BTC istismara verilən gündən 2015-ci il iyun ayının 1-nə qədər Ceyhan limanından 273 milyon 652 min 350 ton Azərbaycan nefti dünya bazarlarına yola salınıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi