​May ayında BTC kəməri ilə 2,4 milyon ton Azərbaycan nefti nəql olunub

​May ayında BTC kəməri ilə 2,4 milyon ton Azərbaycan nefti nəql olunub Bundan başqa, BTC kəməri ilə 482 min 622 ton Qazaxıstan və Türkmənistan nefti nəql olunub
Energetika
5 İyun , 2015 18:03
​May ayında BTC kəməri ilə 2,4 milyon ton Azərbaycan nefti nəql olunub

Bakı. 5 iyun. REPORT.AZ/ Cari ilin may ayı ərzində BTC əsas ixrac boru kəməri vasitəsilə 2 milyon 386 min 815 ton Azərbaycan nefti nəql olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 12,4% azdır.

"Report"un SOCAR-a istinadən verdiyi xəbərə görə, cari ilin yanvar-may aylarında bu kəmərlə 11 milyon 946 min 559 ton neft ötürülüb. Bu da öz növbəsində ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,07% azalma deməkdir. Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən 2015-ci il iyun ayının 1-nə qədər BTC-yə 275 milyon 771 min 491 ton neft vurulub.

Məlumata əsasən, bundan başqa, 2015-ci ilin may ayında BTC kəməri ilə 482 min 622 ton Qazaxıstan və Türkmənistan nefti nəql olunub. 

Son xəbərlər

Orphus sistemi