Maştağa qəsəbəsinin bir hissəsinin qaz təchizatına məhdudiyyət olacaq

Maştağa qəsəbəsinin bir hissəsinin qaz təchizatına məhdudiyyət olacaq Abşeron magistral qaz kəmərləri sahəsində təmir işləri aparılacaq
Energetika
12 Dekabr , 2016 17:45
Maştağa qəsəbəsinin bir hissəsinin qaz təchizatına məhdudiyyət olacaq

Bakı. 12 dekabr. REPORT.AZ/ Dekabrın 13-də saat 10:00-dan 18:00-a qədər Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Qaz İxrac İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin “Nardaran” qazpaylama stansiyasında və bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.

“Report” SOCAR-a istinadən xəbər verir ki, təmir müddətində aparılan işlərin Bakı şəhəri Sabunçu rayonunun Maştağa qəsəbəsinin bir hissəsinin qaz təchizatına təsir göstərməsi mümkündür.

Son xəbərlər

Orphus sistemi