“Masdar” şirkəti Qarabağda “yaşıl” enerji layihələrində iştirak edə bilər

“Masdar” şirkəti Qarabağda “yaşıl” enerji layihələrində iştirak edə bilər “Hesab edirik ki, Azərbaycan bizim üçün çox strateji bazardır”
Energetika
8 İyul , 2021 15:02
“Masdar” şirkəti Qarabağda “yaşıl” enerji layihələrində iştirak edə bilər

“Hesab edirik ki, Azərbaycan bizim üçün çox strateji bazardır”.

“Report” xəbər verir ki, bunu Bakıda keçirilən “Greentech Summer Camp 2021” təlim proqramı çərçivəsində təşkil olunmuş mətbuat konfransında Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkətinin baş meneceri Hüseyn Əl Meer jurnalistlərə deyib.

Hüseyn Əl Meer “Masdar” şirkətinin Azərbaycanın azad olunmuş ərazilərindəki bərpa olunan enerji layihələrində iştirak edəcəyini bildirib: “Fərqli planları və “Masdar”ın bu bazarda necə güclü mövqe tuta biləcəyini müzakirə etmək üçün Enerji Nazirliyi ilə danışıqlarımız baş tutub”.

Xatırladaq ki, 2021-ci il aprelin 6-da Azərbaycan hökuməti və “Masdar” şirkəti Ələt yaxınlığında 230 meqavat gücü olan günəş elektrik stansiyası tikintisi üçün müqavilə imzalayıb.

Son xəbərlər

Orphus sistemi