Bakı. 6 dekabr. REPORT.AZ/ Bu gün Abşeron rayonunun Masazır qəsəbəsinin bəzi ərazilərinə elektrik enerjisinn verilişində qısamüddətli fasilələr yaranacaq.
Bunu "Report"a "Azərişıq" ASC-nin mətbuat xidnətinin rəhbəri Tanrıverdi Mustafayev bildirib.
O, fasiləni Məhəmmədi qəsəbəsindəki yenidənqurma işləri, elektrik enerjisinin dayanıqlığı məqsədilə 35/10 kV-luq “Məhəmmədi” y/st-ı ilə yeni xətlərin əlaqələndirilməsi ilə izah edib.
Qurumun rəsmisi yaranacaq narahatlığa görə istehlakçılardan üzr istəyib.