​Masallının Qızılağac kəndinə təbii qaz verilib - FOTO

​Masallının Qızılağac kəndinə təbii qaz verilib - FOTO Rayonun daha 13 kəndinə təbii qazın verilişi təmin ediləcək
Energetika
21 İyul , 2016 14:00
​Masallının Qızılağac kəndinə təbii qaz verilib - FOTO

Masallı. 21 iyul. REPORT.AZ/ Masallı rayonunun Qızılağac kəndinə ilk dəfə təbii qaz verilib.

"Report"un Cənub bürosunun məlumatına görə, bu münasibətlə keçirilən tədbirdə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev, şirkətin vitse-prezidentləri, “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Əkbər Haciyev və Masallı Rayon İcra Hakimiyyətinin (RİH) başcısı Rafil Hüseynov, həmçinin ictimaiyyət nümayəndələri iştirak ediblər.

Bildirilib ki, 1 153 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 1 500 metr müxtəlif diametrli polietilen və ümumi uzunluğu 54 063 metr müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 1153 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Hazırda Masallı rayonunun daha 13 kəndində - Öncəqala, Hüseynhacılı, Məmmədoba, İkinci Yeddioymaq, Şıxlar, Qasımlı, Sığıncaq, Bala Təklə, Xıl, Qodman, Babaküçə, Xanalion və Sığdaş kəndlərində tikinti quraşdırma işləri davam etdirilir. Yaxın günlərdə tikintisi başa çatan yaşayış məntəqələrinə ardıcıllıqla təbii qazın verilişi təmin ediləcək.

Tədbirdə çıxış edən kənd sakinləri və ictimaiyyət nümayəndələri yaşayış məntəqəsinə təbii qazın verilməsinə görə Prezident İlham Əliyevə minnətdarlıq ifadə ediblər. 

Son xəbərlər

Orphus sistemi