Masallı rayonunun daha bir kəndinə qaz verilib

Masallı rayonunun daha bir kəndinə qaz verilib Hazırda Masallı rayonunun daha 8 kəndində tikinti quraşdırma işləri davam etdirilir
Energetika
29 Dekabr , 2016 17:45
Masallı rayonunun daha bir kəndinə qaz verilib

Bakı. 29 dekabr. REPORT.AZ/ Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl bayramları ərəfəsində,Masallı rayonunun Sığıncaq kəndinə təbii qazın verilməsi münasibəti ilə tədbir keçirilib. 

"Report"a "Azəriqaz" İstehsalat Birliyindən verilən məlumata görə, tədbirdə rayon icra hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Bildirilib ki, 477 abonenti olan kəndin yenidən qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 23 415 metr müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, mənzillərə 477 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Hazırda Masallı rayonunun daha 8 kəndində (II-ci Yeddioymaq, Şıxlar, Qasımlı,Bala Təklə,Qodman, Babaküçə, Xanalion və Sığdaş kəndlərində) tikinti-quraşdırma işləri davam etdirilir. Yaxın günlərdə tikintisi başa çatmış yaşayış məntəqələrinə ardıcıllıqla təbii qazın verilişi təmin ediləcək.

Son xəbərlər

Orphus sistemi