Masallı rayonunun bir kəndinə qaz verilib

Masallı rayonunun bir kəndinə qaz verilib ​ Kəndin 669 abonenti qazla təmin olunub
Energetika
7 Oktyabr , 2015 14:09
Masallı rayonunun bir kəndinə qaz verilib

Bakı. 7 oktyabr. REPORT.AZ/ Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi tərəfindən Masallı rayonunun Təzəkənd kəndinə təbii qazın verilişi bərpa edilib.

"Report" SOCAR-ın mətbuat xidmətinə istinadən xəbər verir ki, kəndin 669 abonenti qazla təmin olunub.

Qaz verilişinin bərpa olunması münasibətilə keçirilən tədbirdə bildirilib ki, kəndin qazlaşdırılması zamanı birpilləli sistem əsasında ümumi uzunluğu 45,5 km uzunluğunda müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, hər bir abonent üçün ayrıca sayğac və fərdi tənzimləyici quraşdırılıb.


Son xəbərlər

Orphus sistemi