Yuxarı
    Bağlamaq

    Martın 20-də Moskvada neft hasilatçısı ölkələrinin görüşü keçiriləcək

    Bağdad neft hasilatı səviyyəsinin dondurulması planının müzakirəsində əməkdaşlığa hazırdır

    Bakı. 9 mart. REPORT.AZ/ Neft İxrac edən Ölkələr Təşkilatına (OPEK) daxil olan və kartelə daxil olmayan ölkələrin görüşü martın 20-də Moskvada keçiriləcək. 

    "Report" "Al-Sabah"a istinadən xəbər verir ki, bunu İraqın neft sənayesi nazirinin müavini Fəyad əl-Nemu deyib. 

    O, həmçinin qeyd edib ki, Bağdad neft hasilatı səviyyəsinin dondurulması planının müzakirəsində dünyanın ən iri neft istehsalçıları ilə əməkdaşlığa hazırdır və ən iri istehsalçılar və neft ixracatçı olan Rusiya və Səudiyyə Ərəbistanının danışıqlar masasına oturacağına zəmanət verir. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi