Martın 18-də Energetika Nazirliyi yanında İctimai Şuraya seçkilər olacaq

Martın 18-də Energetika Nazirliyi yanında İctimai Şuraya seçkilər olacaq Yığıncaqda iştirak üçün 52 vətəndaş cəmiyyəti institutu müraciət edib
Energetika
16 Mart , 2021 17:54
Martın 18-də Energetika Nazirliyi yanında İctimai Şuraya seçkilər olacaq

Energetika Nazirliyi yanında İctimai Şuraya seçkilərin keçirilmə vaxtı martın 18-i saat 11:00-dan 15:00-a qədər müəyyən olunub.

“Report” xəbər verir ki, bu barədə seçkilərə dair birgə yığıncaqda iştirak üçün müraciət etmiş vətəndaş cəmiyyəti institutlarına ünvanlanmış açıqlamada bildirilir.

Nazirliyin açıqlamasında deyilir ki, seçkilərdə iştirak üçün müraciət etmiş vətəndaş cəmiyyəti institutlarının təmsilçiləri həmin tarixdə şəxsiyyət vəsiqəsi ilə Hökumət Evi inzibati binasının 5-ci qapısına yaxınlaşa bilərlər.

Seçicilərdən mövcud karantin tələblərinə ciddi riayət etmələri xahiş olunur.

Xatırladaq ki, birgə yığıncaqda iştirak üçün 52 vətəndaş cəmiyyəti institutu müraciət edib.

Son xəbərlər

Orphus sistemi