​Martda Ceyhan limanından 2,038 mln. ton Azərbaycan nefti ixrac olunub

​Martda Ceyhan limanından 2,038 mln. ton Azərbaycan nefti ixrac olunub İndiyədək Ceyhan limanından Azərbaycan neftinin ixracı 268,8 mln. tonu üstələyib
Energetika
3 Aprel , 2015 18:35
​Martda Ceyhan limanından 2,038 mln. ton Azərbaycan nefti ixrac olunub

Bakı. 3 aprel. REPORT.AZ/ Bu ilin mart ayı ərzində 2 037,7 min ton Azərbaycan nefti Ceyhan limanından (Aralıq dənizi, Türkiyə) dünya bazarına çıxarılıb. Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətindən "Report"a verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 15,09% azdır.

Bu həcmin 1 226,3 min tonunu Azərbaycan Dövlət Neft Fondunun nefti təşkil edib. 

Cari ilin yanvar-mart aylarında isə Ceyhan limanından ixrac olunmuş neftin ümumi həcmi 6 862,1 min ton təşkil edib.

Ümumiyyətlə, BTC istismara verilən gündən 2015-ci il aprelin 1-ə qədər Ceyhan limanından 268,801 mln. ton Azərbaycan nefti dünya bazarına yola salınıb.

Son xəbərlər

Orphus sistemi