​Martda BTC neftinin orta qiyməti 57,3 dollar olub

​Martda BTC neftinin orta qiyməti 57,3 dollar olub SOCAR martda 120 min ton dizel və 31 min ton təyyarə yanacağı ixrac edib
Energetika
1 Aprel , 2015 17:45
​Martda BTC neftinin orta qiyməti 57,3 dollar olub

Bakı. 1 aprel. REPORT.AZ/ Bu ilin mart ayında dünya bazarında "Brent" tipli xam neftin 1 bareli orta hesabla 55,93 ABŞ dolları, "Urals" nefti - 55,07 dollara, "BTC FOB Ceyhan" tipli xam neft isə 57,33 dollara satılıb. "Report"un Azərbaycan Dövlət Neft Şirkətindən (SOCAR) aldığı məlumata görə, bu rəqəmlər "Plats Crude Oil Marketwire" nəşrində dərc olunmuş xam neftin dünya bazarındakı kotirovkalarında göstərilib.

Qurumun Marketinq və iqtisadi əməliyyatlar İdarəsi 2015-ci ilin mart ayında 119,4 min ton dizel yanacağı və 31,3 min ton təyyarə yanacağı ixrac edib.

Ümumilikdə 2015-ci ilin yanvar-mart ayları ərzində 284,6 min ton dizel yanacağı, 63,8 min ton təyyarə yanacağı və 178 ton soba mazutu ixrac olunub. Bu ilin mart ayında dünya bazarında etilləşdirilmiş benzinin 1 ton üçün qiyməti 592,36 dollar, təyyarə yanacağının qiyməti 539,78 dollar, dizel yanacağının dəyəri 509,47 dollar, 1% kükürdlü mazutun qiyməti isə 306,38 dollar təşkil edib.

Son xəbərlər

Orphus sistemi