​Martda BTC kəməri ilə Azərbaycan neftinin nəqli 6% artıb

​Martda BTC kəməri ilə Azərbaycan neftinin nəqli 6% artıb Martda BTC kəməri ilə 675 min ton Qazaxıstan və Türkmənistan nefti nəql olunub
Energetika
3 Aprel , 2015 18:20
​Martda BTC kəməri ilə Azərbaycan neftinin nəqli 6% artıb

Bakı. 3 aprel. REPORT.AZ/ Bu ilin mart ayı ərzində Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac boru kəməri vasitəsilə 2 521 925 ton Azərbaycan nefti nəql olunub. Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətindən "Report"a verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5,68% çoxdur.

Məlumata görə, cari ilin yanvar-mart aylarında bu kəmərlə 7 222 202 ton neft ötürülüb.

Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən 2015-ci il aprelin 1-ə qədər BTC-yə 271,062 mln. ton neft vurulub.

Bundan başqa, 2015-ci ilin mart ayında BTC kəməri ilə 374,5 min ton Qazaxıstan və 300,3 min ton Türkmənistan nefti nəql olunub.

Son xəbərlər

Orphus sistemi