Yuxarı
    Bağlamaq

    ​Maroş Şefçoviç DESFA məsələsinə görə Yunanıstana gedir

    Onun Enerji Birliyini təbliğ etmək üçün avropa ölkələrinin paytaxtlarına səfər proqramı çərçivəsində Yunanıstana səfər etdiyi açıqlanıb

    Bakı. 8 mart. REPORT.AZ/ Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şefçoviç martın 10-da Afinaya (Yunanıstan) rəsmi səfərə gedəcək. "Report"un yunan mediasna istinadən verdiyi xəbərə görə, M.Şefçoviçin səfər proqramına Yunanıstanın qazpaylayıcı şəbəkəsinin operatoru olan DESFA ilə bağlı görüşlər də daxil edilib.

    M.Şefçoviçin Yunanıstanın energetika naziri Panos Skurletis, DESFA və Yunanıstan Enerji Tənzimləmə Təşkilatının (RAE) rəhbərliyi və digər rəsmi şəxslərlə görüşəcəyi bildirilir.

    Onun Enerji Birliyini təbliğ etmək üçün avropa ölkələrinin paytaxtlarına səfər proqramı çərçivəsində Yunanıstana səfər etdiyi açıqlanıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi