Maroş Şefçoviç: "Müştərək səylər sayəsində Azərbaycan qazını 2020-ci ildə Avropaya nəql etməyə nail olacağıq"

Maroş Şefçoviç: "Müştərək səylər sayəsində Azərbaycan qazını 2020-ci ildə Avropaya nəql etməyə nail olacağıq" Bakı. 20 sentyabr. REPORT.AZ/ Avropa İttifaqının (Aİ) və Azərbaycanın müştərək səyləri sayəsində Azərbaycan qazını 2020-ci ildə Avropaya nəql etməyə nail olacağıq.
Energetika
20 Sentyabr , 2018 09:57
Maroş Şefçoviç: Müştərək səylər sayəsində Azərbaycan qazını 2020-ci ildə Avropaya nəql etməyə nail olacağıq
Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şefçoviç / Report/ Firi Salim
0 : 00
0 : 00

Bakı. 20 sentyabr. REPORT.AZ/ "Avropa İttifaqının (Aİ) və Azərbaycanın müştərək səyləri sayəsində Azərbaycan qazını 2020-ci ildə Avropaya nəql etməyə nail olacağıq".

"Report" xəbər verir ki, bunu Bakıda keçirilən 7-ci Beynəlxalq "Caspian Energy Forum Baku-2018" tədbirindəki videomüraciətində Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şefçoviç bildirib.

O qeyd edib ki, Azərbaycan Xəzər regionunda Avropanın əsas tərəfdaşlarından biridir: "Hazırda Azərbaycanla yeni strateji tərəfdaşlıqla bağlı danışıqlar aparırıq. Bizim müştərək səylər sayəsində Azərbaycan qazını 2020-ci ilə nəql etməyə nail olacagıq. Bununla Avropanın enerji balansı şaxələndiriləcək, geosiyasi mühit dəyişəcək. Cənub Qaz Dəhlizi vasitəsilə də qeyd etdiyimiz bu məsələlər nail olacağıq. Bu layihə Aİ-nın vacib layihələri siyahısındadır".

Son xəbərlər

Orphus sistemi